• 28 °C
|

İranın birinci vitse-prezidenti: ABŞ-ın Tehrana təzyiqləri əks nəticə verəcək

22 Avqust 2026
img

İranın birinci vitse-prezidenti Məhəmməd Rza Arif ABŞ-ın iqtisadi təzyiqləri və yeni sanksiyalarının Vaşinqtonun gözlədiyi nəticəni verməyəcəyini bildirib.

APA xəbər verir ki, bu barədə Arif “X” sosial şəbəkəsində yazıb.

Onun sözlərinə görə, son illərin təcrübəsi iqtisadi təzyiqlərin İran xalqının iradəsini dəyişdirə bilməyəcəyini və əks nəticəyə gətirib çıxaracağını göstərib. Arif əlavə edib ki, İran hökuməti ABŞ-ın iqtisadi təzyiqlərinin ölkənin iqtisadi sabitliyinə və vətəndaşların rifahına zərər vurmasına imkan verməyəcək.