• 21 °C
|

İranın BMT-dəki səfiri atəşkəslə bağlı roluna görə Qətərə təşəkkür edib

25 İyun 2025
img

İranın Birləşmiş Millətlər Təşkilatındakı daimi nümayəndəsi Əmir-Səid İravani BMT Təhlükəsizlik Şurasının çərşənbə axşamı keçirilən iclasında İsraillə əldə olunmuş atəşkəs razılaşmasında oynadığı rola görə Qətərə təşəkkürünü bildirib.

APA “CNN”ə istinadən xəbər verir ki, İravani Qətərə təşəkkürünü bir gün əvvəl İranın bu ölkədə yerləşən ABŞ hərbi bazasına hücumundan sonra ifadə edib.

“Sionist təcavüzünün dayandırılması, atəşkəsin təmin olunması və bölgə sülhünü və sabitliyini təhdid edən gərginliyin daha da artmasının qarşısının alınması istiqamətində göstərdiyi səmimi və diplomatik səylərə görə qardaş və dost Qətər dövlətinə dərin təşəkkürümü bildirirəm,” – deyə iranlı diplomat qeyd edib.