09 Mar 2026

İranın Bəhreyn ərazisini bombalaması nəticəsində 30-dan çox insan yaralanıb.
APA xəbər verir ki, bu barədə Bəhreyn hökuməti məlumat yayıb.
Hökumətin məlumatına görə, Sitra rayonunda İranın hücumu nəticəsində 32 nəfər yaralanıb.
Yaralananlardan dördünün hazırda vəziyyətinin ağır olduğu bildirilir.