• 24 °C
|

İranın İsrailə hücumları nəticəsində yaralananların sayı 70-ə çatıb – YENİLƏNİB3

14 İyun 2025

İranın İsrailə hücumları nəticəsində yaralananların sayı 70-ə çatıb.

APA xəbər verir ki, bu haqda Qətərin “əl-Cəzira” telekanalı İsrail mətbuatına istinadən məlumat yayıb.

Məlumatda bir israilli qadının da həlak olduğu bildirilir.

***

01:49

İranın İsrailə hücumları nəticəsində yaralananların sayı 44-ə çatıb.

APA xəbər verir ki, bu haqda İsrailin “Ynet” portalı məlumat yayıb.

***

00:04

İranın İsrailə hücumları nəticəsində 35 nəfər yaralanıb.

APA xəbər verir ki, bu haqda İsrail mətbuatı məlumat yayıb.

Onlardan birinin vəziyyətinin ağır olduğu bildirilir.

***

23:11

İranın İsrailə hücumlarında yaralananlar var.

APA xəbər verir ki, bu barədə “Times of Israel” məlumat yayıb.

Qeyd edilib ki, İranın ballistik raket zərbəsindən sonra Tel-Əvivdə 17 nəfər yaralanıb.

İsrail polisinin məlumatına görə, bir neçə binaya da ziyan dəyib.