• 24 °C
|

İranın məhkəmə sistemi 3000-dən çox insanı ABŞ və İsraillə əməkdaşlıqda ittiham edir

8 İyun 2026
img

İran məhkəmə sistemi “düşmənlə əməkdaşlıqda” ittiham olunan 3 121 nəfərə qarşı hüquqi proses başladıb.

“Al Jazeera” xəbər verir ki, bunu İranın məhkəmə hakimiyyətinin sözçüsü Əsgər Cahangir açıqlayıb.

Onun sözlərinə görə, həmin şəxslər ABŞ və İsraillə əməkdaşlıqda ittiham olunur.

Cahangir bildirib ki, həmin şəxslərdən 2 406 nəfəri həbsdədir.

Məlumata görə, indiyədək təxminən 1000 ittiham aktı irəli sürülüb.