İrandan həyata keçirilən raket hücumu nəticəsində İsraildə həyatını itirənlərin sayı dördə çatıb.
APA xəbər verir ki, bu barədə “The Times of Israel” məlumat yayıb.
Qeyd olunur ki, ölənlər arasında səkkiz yaşlı qız uşağı da var.
“Bat-Yam şəhərinə raket hücumu nəticəsində səkkiz yaşlı qızın həlak olduğu təsdiqlənib. Bununla da ölənlərin ümumi sayı dörd nəfərə çatıb”, – nəşr vurğulayıb. .
***
06:09
İranın İsrailə son raket hücumu nəticəsində 3 nəfər həlak olub, 125 nəfər xəsarət alıb.
APA xəbər verir ki, bu barədə “Ynet” xəbər portalı məlumat yayıb.
Məlumata əsasən, xəsarət alanlardan 5 nəfərin vəziyyəti ağır, təxminən 20 nəfər orta dərəcəli, digərləri isə yüngül xəsarətlər alıblar.
***
01:23
İranın raket hücumu nəticəsində İsrailin şimalında bir nəfər həlak olub, daha 13 nəfər müxtəlif xəsarətlər alıb.
APA xəbər verir ki, bu barədə “Ynet” portalı məlumat yayıb.
Məlumata görə, həlak olan şəxs 20 yaşlı qadındır.