• 30 °C
|

İranın yüksək vəzifəli rəsmisi: ABŞ-la atəşkəsin uzadılması ilə bağlı heç bir müzakirə aparılmır – YENİLƏNİB

12 Avqust 2026
img

İran və ABŞ arasında atəşkəsin müddətinin uzadılması ilə bağlı heç bir müzakirə aparılmır.

Bunu “Reuters”ə yüksək vəzifəli iranlı mənbə bildirib.

İranlı mənbənin sözlərinə görə, Tehran atəşkəs üçün rəsmi başlanğıc tarixinin olmadığını hesab edir və bu səbəbdən onun uzadılmasından da söhbət gedə bilməz.

“ABŞ-la atəşkəsin uzadılması ilə bağlı heç bir müzakirə aparılmır”, – o vurğulayıb.

***

14:00

ABŞ və İran İslamabad Memorandumu çərçivəsində qüvvədə olan 60 günlük atəşkəsin müddətini uzatmaq barədə razılığa gəlib.

Bu barədə Pakistan hökumətindəki mənbələr “Anadolu” agentliyinə bildirib.

Məlumata görə, hazırkı atəşkəs razılaşmasının müddəti 17 avqustda başa çatır. Tərəflər vasitəçilərə müddətin uzadılmasına razılıq verdiklərini çatdırıblar.

“Hər iki tərəf müddətin uzadılması ilə bağlı razılıqlarını vasitəçilərə çatdırıb”, – vasitəçilik prosesinə yaxın mənbə bildirib.

Mənbə əlavə edib ki, hazırda tərəflər müddəti müəyyənləşdirmək üçün qarşılıqlı mesajlar mübadiləsi aparırlar.

Qeyd edək ki, Pakistan ABŞ və İran arasında danışıqlarda vasitəçi kimi çıxış edir.