• 28 °C
|

İranın yüksək vəzifəli rəsmisi: ABŞ-la diplomatik təmaslar nəticə verməsə, Tehran regionda gərginliyi artıracaq

17 Avqust 2026

ABŞ-la diplomatik təmaslar nəticə verməsə, İran eskalasiyanı artıracaq və hücum siyasətinə keçid edəcək.

Bunu İranın adı açıqlanmayan yüksək vəzifəli rəsmisi “Reuters”ə bildirib.

O, İranın Hörmüz boğazında və ümumi regionda gərginliyi artırmağa hazır olduğuna dair xəbərdarlıq edib.

Bundan başqa, İranın ABŞ-ın dəniz blokadasına həmişəlik olaraq dözməyəcəyi vurğulanıb.