• 26 °C
|

İranlı hərbi mənbə: ABŞ bu gecə hücum edərsə, Dubay və Əbu-Dabi aeroportları dərhal boşaldılmalıdır

18 İyul 2026
img

İran ABŞ-a bu gecə mümkün hücumlarla bağlı xəbərdarlıq edib.

APA-nın Tehran bürosunun xəbərinə görə, bu barədə “Fars” agentliyi hərbi mənbəyə istinadən məlumat yayıb.

“Əgər ABŞ bu gecə ölkəmizinmülki infrastruktur obyektlərini hədəfə alarsa, İranın cavab zərbələri zamanı vətəndaşların həyatının qorunması üçün Dubay və Əbu-Dabi hava limanları, həmçinin Füceyrə və Cəbəl Əli limanları dərhal təxliyə edilməlidir”, – İran ordusununnümayəndəsi ABŞ-ın İrana qarşı hər hansı hərbi addımının nəticələri barədə xəbərdarlıq edərək bildirib.