
İraqın hazırkı Baş naziri Məhəmməd əl-Sudaninin rəhbərlik etdiyi "Tikinti və İnkişaf Koalisiyası" keçirilən parlament seçkilərində qələbə çalıb.
APA xəbər verir ki, Ali Seçki Komissiyası tərəfindən dərc edilən ilkin nəticələrə görə, sözügedən ittifaq Bağdadda, eləcə də İraqın cənubundakı Nəcəf və Kərbəla vilayətlərində 410.000-dən çox səs toplayaraq qalib gəlib.
"Hər kəsi ölkənin maraqlarını birinci yerə qoymağa və seçicilərin iradəsinə hörmət etməyə çağırırıq. Növbəti mərhələnin məqsədi proqramlarını həyata keçirə bilən yeni bir hökumət formalaşdırmaqdır", – Əs-Sudani deyib.
O, həmçinin koalisiyasının bütün tərəflərlə əməkdaşlığa açıq olduğunu da vurğulayıb.