• 17 °C
|

İraq İranla sərhəddəki keçid məntəqələrinin əksəriyyətini bağlayıb

21 Oktyabr 2026
img

İraq hökuməti İranla sərhəddəki keçid məntəqələrinin əksəriyyətini növbəti bildirişədək bağlayıb.

APA xəbər verir ki, bu barədə “Shafaq News” portalı məlumat yayıb.

İddiaya görə, bu addım Bağdadın sentyabr ayında İraq ərazisindən həyata keçirilən Səudiyyə Ərəbistanına hücumlarda Tehranın iştirakına dair sübutlar əldə etməsindən sonra atılıb.

Mənbənin məlumatına görə, sərhəd-keçid məntəqələrinin bağlanması barədə göstərişi şəxsən İraqın Baş naziri Əli əz-Zeydi verib. İraq hökuməti İranın təkcə Səudiyyə Ərəbistanının Şərq–Qərb neft kəmərinə hücumda iştirak etdiyini deyil, həm də sərhədyanı ərazilərə dronların yığılması üçün komponentlər gətirdiyini düşünür. İddialara görə, həmin pilotsuz uçuş aparatları sonradan Səudiyyə Ərəbistanına hücumlarda istifadə olunub.

İraq və İranın rəsmi qurumları hələlik bu məlumatı şərh etməyiblər.