• 21 °C
|

İraq və Suriyanın şimalında 9 terrorçu zərərsizləşdirilib

13 Yanvar 2025
img

İraqın şimalındakı Pençe-Kilit və Metina bölgələrində 3 PKK terrorçusu, Suriyanın şimalındakı Fərat Qalxanı və Sülh çeşməsi bölgələrində isə 6 PKK/YPG terrorçusu zərərsizləşdirilib.

APA xəbər verir ki, bunu Türkiyənin Milli Müdafiə Nazirliyi (MSB) açıqlayıb.

Açıqlamada həmçinin terrorun mənbəyində aradan qaldırılması üçün gözlənilməz, qeyri-ənənəvi, sürətli və davamlı əməliyyatların davam edəcəyi bildirilib.