28 Mar 2026

Bu gün səhər saatlarında İraq Kürd Regional Hökumətinin prezidenti Neçrivan Bərzaninin evi dron hücumuna məruz qalıb.
APA xəbər verir ki, bu barədə “Reuters” mənbələrə istinadən məlumat yayıb.
İraq hökuməti dron hücumu ilə bağlı araşdırma aparmaq əmri verib. Hücum zamanı hər hansı dağıntı və ya insan tələfatı ilə bağlı heç bir məlumat verilməyib.
Məlumata görə bir digər dron isə Duhokda Peşmərgə döyüşçülərinin bazası yaxınlığında zərərsizləşdirilib.