• 31 °C
|

İraqda ticarət mərkəzində yanğında ölənlərin sayı 61-ə yüksəlib – YENİLƏNİB

17 İyul 2025
img

İraqın Kut şəhərində yerləşən bir ticarət mərkəzində baş verən yanğın nəticəsində ölənlərin sayı 61 nəfər çatıb.

APA İraq Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, itkin düşən bir neçə nəfər hələ də tapılmayıb.

Baş verən yanğın zamanı ticarət mərkəzinin içərisində olanlardan 45 nəfər xilas edilib.

***

09:47

İraqda ticarət mərkəzində yanğında xeyli insan ölüb.

APA İraqın dövlət xəbər agentliyi INA-ya istinadən xəbər verir ki, yanğın hadisəsi İraqın Vasit əyalətində baş verib.

Əyalətin qubernatoru ilkin məlumata görə, yanğında 50 nəfərin öldüyünü bildirib.