• 5 °C
|

İraqın və Suriyanın şimalında 15 PKK terrorçusu zərərsizləşdirilib

9 Fevral 2025

Türkiyə ordusunun keçirdiyi hava əməliyyatları nəticəsində İraqın şimalında 11 PKK terrorçusu, Suriyanın şimalında isə 4 PKK/YPG terrorçusu zərərsizləşdirilib.

APA xəbər verir ki, bununla bağlı Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Nazirlik həmçinin terrorçuların təqib və hücum cəhdlərinə eyni şəkildə cavab verməyə davam edəcəklərini vurğulayıb.