07 Apr 2026

İranın İsfahan şəhərində yerləşən neft və neft məhsulları anbarına hava zərbəsi endirilib.
Bu barədə “Al Hadath” telekanalı məlumat yayıb.
Məlumata görə, “Cəbəl-Səfa” neft anbarı ABŞ və İsrail qüvvələrinin hücumunun hədəfi olub.
Şəhərin müxtəlif ərazilərində də partlayışların baş verdiyi qeyd olunur.