"Pakistan nüvə məsələsinə məsuliyyətlə yanaşan ölkədir. Bizim nüvə və raket sənayesi ilə bağlı proqramlarımız istisnasız olaraq milli təhlükəsizlik və müdafiə məqsədi daşıyır".
APA xəbər verir ki, bunu Pakistanın xarici işlər naziri Məhəmməd İshaq Dar bildirib.
O həmçinin, Pakistan hökuməti adından mətbuatda guya İsrailə nüvə zərbələrinin endirilməsi istiqamətində yayılan bəyanatları təkzib edib:
"Məsuliyyətsiz şərhlər və yalan xəbərlər ictimaiyyətdə çaşqınlıq yaratmaqla yanaşı, Pakistanın beynəlxalq səviyyədəki imicinə xələl gətirə bilər".
Nazir hər kəsi analoji bəyanatlara qarşı ehtiyatlı olmağa və yalnız yoxlanılmış məlumatlara etibar etməyə çağırıb.