• 9 °C
|

İsrael Kats: HƏMAS fevralın 15-dək girovları azad etməsə, Qəzzada müharibə bərpa olunacaq

12 Fevral 2025
img

Fələstinin HƏMAS hərəkatı fevralın 15-dək girovları azad etməsə, Qəzza zolağında döyüşlər bərpa olunacaq.

APA xarici KİV-ə istinadən xəbər verir ki, müvafiq bəyanatla İsrailin müdafiə naziri İsrael Kats çıxış edib.

“HƏMAS oğurlanan israilliləri azad etməsə cəhənnəm qapıları onların üzünə açılacaq”, – nazir qeyd edib.