• 21 °C
|

İsrail azadlığa buraxılması planlaşdırılan 95 fələstinli məhbusun adını açıqlayıb

18 Yanvar 2025
img

İsrail Ədliyyə Nazirliyi razılaşmanın birinci mərhələsində İsrail həbsxanalarından azad ediləcək 95 fələstinli məhbusun adlarının siyahısını açıqlayıb.

APA xəbər verir ki, bu barədə İsrail Ədliyyə Nazirliyinin saytında məlumat yayılıb.

“Bu tam siyahı deyil və yalnız birinci mərhələyə aiddir. Tam siyahı hökumət sazişi təsdiqlədikdən sonra açıqlanacaq”, – məlumatda deyilir.