• 20 °C
|

İsrail Baş nazirinin ofisi HAMAS-ın Qəzzada atəşkəs təklifini qəbul etdiyi iddialarını təkzib edib – YENİLƏNİB

15 Yanvar 2025
img

İsrailin Baş naziri Benyamin Netanyahunun ofisi HAMAS-ın Qəzzada atəşkəs təklifini qəbul etdiyi iddialarını təkzib edib.

APA xəbər verir ki, bu barədə Baş nazirin ofisi məlumat yayıb.

“Məlumatların əksinə olaraq, HAMAS hələ də razılaşmaya öz cavabını verməyib”, – Baş nazirin ofisi qeyd edib

17:30

HAMAS Qəzzada atəşkəs və girovların qaytarılması bağlı razılaşmaya "yaşıl işıq" yandırıb.

APA xəbər verir ki bu barədə İsrail rəsmiləri “Jerusalem Post”a bildiriblər.

“HAMAS razılaşmanı davam etdirmək üçün “yaşıl işıq” yandırıb”, – məlumatda qeyd edilib.

Rəsmilər bunu əhəmiyyətli irəliləyiş və bu gecə və ya sabah yekun razılaşmaya nail olmaq cəhdi kimi dəyərləndirib.