• 29 °C
|

İsrail Baş Nazirinin Ofisi: İrana qarşı əməliyyatlar Yaxın Şərqdə sülh imkanlarını genişləndirib

23 İyul 2026
img

İsrail Baş Nazirinin Ofisi ABŞ və İsrailin İrana qarşı birgə hərbi əməliyyatlarının, eləcə də İsrailin İranın dəstəklədiyi silahlı qruplaşmalara qarşı fəaliyyətinin Yaxın Şərqdə sülh imkanlarını genişləndirdiyini bəyan edib.

APA xəbər verir ki, bu barədə Baş Nazirin Ofisinin yaydığı açıqlamada bildirilib.

"Tehrandakı soyqırımçı rejimə qarşı ABŞ və İsrailin birgə hərbi əməliyyatı, eləcə də İsrailin İranın terror oxunu darmadağın etməsi sülh dairəsini genişləndirmək imkanı yaradıb", – deyə bəyanatda qeyd olunub.

Açıqlamada ABŞ Prezidenti Donald Trampın mövqeyinə də istinad edilərək vurğulanıb ki, Səudiyyə Ərəbistanının Abraham Razılaşmalarına qoşulması Yaxın Şərqdə sülh naminə tarixi addım olacaq.

"Qüvvə vasitəsilə sülh", – deyə bəyanatın sonunda qeyd edilib.