• 11 °C
|

İsrail bu gün 200 fələstinli girovu azad edib – YENİLƏNİB

25 Yanvar 2025
img

İsrail höküməti bu gün 200 fələstinli girovu azad edib.

APA xəbər verir ki, bu barədə “Al Jazeera” məlumat yayıb.

İsrail Qəzza ilə atəşkəs razılaşması çərçivəsində azad edilən 4 israilli qadının müqabilində 200 fələstinli girovu azad edib.

***

13:01

İsrail Qəzza ilə atəşkəs razılaşması çərçivəsində bu gün 200 fələstinli girovu azad edəcək.

APA xəbər verir ki, bu barədə Fələstin mənbələrindən AFP-ə bildirib.

Məlumata görə, İsrail dörd israilli qadın girov müqabilində 200 fələstinli məhbusu azad etməyə hazırlaşır.