15 May 2026

İsrail ordusu HAMAS hərəkatının hərbi qanadının rəhbəri İzzəddin əl-Həddadı öldürmək məqsədi ilə Qəzzada əməliyyat keçirib.
APA xəbər verir ki, bu barədə İsrailin müdafiə naziri İsrael Katz məlumat verib.
Nazirliyin açıqlamasında əl-Həddadın 7 oktyabr 2023-cü ildə İsrailə qarşı hücumun təşkilatçılarından biri olduğu bildirilib.
"O, ABŞ prezidenti Donald Trampın iştirakı ilə HAMAS-ın tərksilah edilməsi və Qəzza zolağının demilitarizasiyası ilə bağlı əldə edilən razılaşmanı həyata keçirməkdən imtina edib", – Katz deyib.