• 6 °C
|

İsrail HAMAS-ın komandirlərindən birini zərərsizləşdirib

13 Dekabr 2025
img

İsrail Müdafiə Qüvvələri Qəzza zolağında Fələstinin HAMAS hərəkatının yüksək rütbəli komandiri Raed Saadın öldürüldüyünü təsdiqləyib.

APA İsrail Ordusunun mətbuat xidmətinə istinadən xəbər verir ki, Saad qruplaşmanın hərbi potensialının bərpası ilə məşğul olub.

Qeyd olunur ki, HAMAS-ın mövcud hərbi iyerarxiyasında ikinci şəxs hesab edilən Saad qruplaşmanın son veteran komandirlərindən biri olub və müxtəlif dövrlərdə bir sıra rəhbər vəzifələr tutub.