• 13 °C
|

İsrail Livanda atəşkəs xəbərini təkzib edib

15 Aprel 2026
img

İsrail İranın Livanda bu gecə atəşkəsin qüvvəyə minəcəyi ilə bağlı iddiasını rədd edib.

Bu barədə “The Times of Israel” İsrailin yüksək rütbəli rəsmisinə istinadən məlumat yayıb.

“Livanda atəşkəs yoxdur”, – rəsmi bildirib.

“Hizbullahın zərərsizləşdirilməsi həm Livan, həm də İsrailin qarşılıqlı marağındadır”, – o vurğulayıb.

Digər yüksək vəzifəli İsrail mənbəsi yerli mediaya açıqlamasında qeyd edib ki, İsrailə bu cür atəşkəs tələbi daxil olmayıb.