26 İyn 2025
İsrail ordusunun Livanın cənubuna aviazərbələri nəticəsində “Huzbullah”ın Rədvan vilayətindəki komandiri məhv edilib.
APA xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, iki saat sonra Beyt-Leyfa bölgəsində sözügedən terror təşkilatının daha bir silahlısı zərərsizləşdirilib.
Eyni zamanda bu istiqamətdəki əməliyyatların davam edəcəyi bir daha bəyan olunub.