• 23 °C
|

İsrail Livanın cənubunda hərbi əməliyyatları gücləndirib

31 May 2026
img

Livanın cənubunda İsrail ordusunun hərbi əməliyyatları genişlənib.

Qatar News Agency-nin məlumatına görə, İsrail ordusu hava zərbələri endirib, eyni zamanda bir sıra kənd və qəsəbələrə quru əməliyyatlarını artırıb. Əməliyyatlar fonunda strateji əhəmiyyət daşıyan Bofor qalasının (Qalat əl-Şaqif) nəzarətə götürüldüyü bildirilir.

Livanın Milli Xəbər Agentliyi isə xəbər yayıb ki, İsrail hərbi təyyarələri səhər saatlarında Deyr əz-Zəhrani yaşayış məntəqəsində, bələdiyyə binası yaxınlığındakı Əl-Ərəb məhəlləsinə hava zərbələri endirib. Hücum nəticəsində ölən və yaralananın olduğu bildirilir.