02 İyn 2025
İsrail Müdafiə Ordusu Livanın cənubunda "Hizbullah"ın döyüş qanadına aid tank əleyhinə qüvvələrin döyüşçüsünün məhv edildiyini açıqlayıb.
APA xəbər verir ki, rəsmi açıqlamada bildirildiyinə görə, bu gün İsrail Müdafiə Ordusu “Hizbullah” tank əleyhinə qüvvələrinə aid terrorçunu zərbə ilə məhv edib.
Zərbə Arnuna bölgəsində endirilib
İsrail Ordusunun mətbuat xidmətinin məlumatına görə, zərbə Livanın cənubundakı Arnuna bölgəsində endirilib.