• 26 °C
|

İsrail ordusu İordan çayı sahilində əməliyyatların genişləndirildiyini açıqlayıb

2 Fevral 2025
img

İsrail Müdafiə Qüvvələri yanvarın 21-də İordan çayının qərb sahilinin şimalında başlayan terrorla mübarizə əməliyyatlarını genişləndirib. Mübarizə daha 5 yaşayış məntəqəsində aparılır.

APA xəbər verir ki, bununla bağlı İsrail Müdafiə Qüvvələri bəyanat yayıb.

“Ordumuz Samariyanın şimalında terrorizmin qarşısını almaq üçün əməliyyatı beş yaşayış məntəqəsinə genişləndirir” – bəyanatda qeyd edilir. İsrail ordusunun mətbuat xidməti təsdiqləyib ki, fevralın 1-də İordan çayının qərb sahilinin şimalında Kabatiya və Cenində silahlı radikal birləşmələrə üç hava zərbəsi endirib.