• 5 °C
|

İsrail ordusu İordan çayının sahilində 50 radikalı məhv edib, 100 nəfəri saxlayıb

2 Fevral 2025
img

İsrail Müdafiə Qüvvələri İordan çayının qərb sahilində keçirilən əməliyyat zamanı 50 silahlı radikalı məhv etdiyini və terror fəaliyyətlərində iştirakda şübhəli bilinərək axtarışda olan 100-dən çox adamı saxladığını bildirib.

APA xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin mətbuat xidməti məlumat yayıb.

Məlumatda qeyd edilir ki, ilkin əməliyyatlar zamanı aviazərbələr nəticəsində 15-dən çox terrorçu, əməliyyat tədbirləri zamanı ən azı 35 radikal məhv edilib.