• 27 °C
|

İsrail ordusu Livanda “Hizbullah”a qarşı əməliyyat keçirib

12 İyun 2025
img

İsrail ordusu Livanın cənubunda “Hizbullah” hərəkatının “Radvan” xüsusi təyinatlılarından ibarət dəstəyə hücum edib.

APA xəbər verir ki, bu haqda İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.

Silahlı qarşıdurma zamanı qruplaşma üzvlərindən birinin zərərsizləşdirildiyi bildirilir.

“İsrail Müdafiə Qüvvələri Livanın cənubundakı Beyt Lif bölgəsində “Hizbullah” hərəkatının “Radvan” qüvvələrinə məxsus bir terrorçunu vuraraq öldürüb”, – məlumatda bildirilir.