• 4 °C
|

İsrail ordusu Livanın cənubuna zərbə endirib

20 Yanvar 2026
img

İsrail ordusu Livan ərazisinə yeni bir zərbə endirərək “Hizbullah” üzvünü hədəf alıb.

APA xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat verib.

"“Hizbullah”ın atəşkəsi dəfələrlə pozmasına cavab olaraq, İsrail Müdafiə Qüvvələri Livanın cənubundakı Zibkin kəndi yaxınlığında “Hizbullah” terrorçusunu vurub", – açıqlamada deyilir.