• 13 °C
|

İsrail ordusu yenidən “Hizbullah” hədəflərinə zərbələr endirib

5 Aprel 2026
img

İsrail Hərbi Hava Qüvvələri (HHQ) Livanda “Hizbullah”ın komandanlıq mərkəzlərinə bir sıra zərbələr endirib.

APA xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.

Hücum zamanı Əl-Əməna yanacaqdoldurma məntəqələri də yenidən hədəf alınıb. İsrail tərəfinin məlumatına görə, şirkət “Hizbullah” tərəfindən idarə olunur və təşkilat üçün maliyyə mənbəyi kimi xidmət edir.

Məlumata görə, “Hizbullah”a qarşı 2 martda əməliyyatların başlamasından bəri İsrail 15-dən çox Əl-Əməna yanacaqdoldurma məntəqəsinə hücum edib.