02 Dek 2025

Baş nazir Benyamin Netanyahunun mümkün əfvi ölkədə ciddi müzakirələrə və fikir ayrılıqlarına səbəb olur.
APA xəbər verir ki, bunu İsrail Prezidenti İshak Hersoq bildirib.
Dövlət başçısı baş nazirin təqdim etdiyi müraciəti “maksimum korrektliklə və diqqətlə” nəzərdən keçirəcəyini vurğulayıb.
Hersoq qeyd edib ki, qərar verərkən yalnız “İsrail dövlətinin və İsrail cəmiyyətinin mənafeyini əsas götürəcək”.