• 9 °C
|

İsrail şərtlərə əməl etməsə, HƏMAS girovları azad etməyəcək

11 Fevral 2025
img

HƏMAS hərəkatı ABŞ prezidenti Donald Trampın təhdidlərinə cavab olaraq bildirib ki, İsrail anklavda atəşkəs razılaşmasının şərtlərinə əməl etməsə, Qəzza zolağında qalan girovları azad etmək niyyətində deyil.

APA xəbər verir ki, bu barədə təşkilatın müvafiq bəyanatı “Əl-Ərəbiyyə” telekanalı tərəfindən nəşr olunub.

“Təhdidin dili vəziyyəti çətinləşdirir və yersizdir. HƏMAS Qəzza razılaşmasına sadiqliyini bir daha təsdiqləyir. Qəzza razılaşmasının şərtlərinə riayət etmək girovları azad etməyin yeganə yoludur", – bəyanatda deyilir.