• 24 °C
|

İsrail tərəfi 60 qırıcı ilə Tehranda 20-dən çox hərbi hədəfi vurduğunu açıqlayıb

19 İyun 2025
img

Son saatlar ərzində İsrail Hərbi Hava Qüvvələrinə məxsus 60 döyüş təyyarəsi Tehranda yerləşən 20-dən çox hərbi obyektə hava zərbələri endirib.

APA xəbər verir ki, bu barədə İsrail Ordusunun mətbuat xidməti məlumat yayıb.

“Son saatlarda İsrail Hərbi Hava Qüvvələrinə məxsus 60 döyüş təyyarəsi İsrail Müdafiə Qüvvələrinin Kəşfiyyat İdarəsinin koordinasiyası ilə Tehranda 20-dən çox hərbi obyektə zərbələr endirib”, – məlumatda deyilir.