• 9 °C
|

İsrailin Beyruta zərbəsi nəticəsində ölənlərin sayı 11-ə çatıb – YENİLƏNİB

18 Mart 2026
img

İsrail Hərbi Hava Qüvvələrinin Beyrutun mərkəzinə endirdiyi zərbə nəticəsində ölənlərin sayı 11-ə çatıb.

APA xəbər verir ki, bu barədə Livanın Səhiyyə Nazirliyi məlumat yayıb.

***
04:34

İsrail Hərbi Hava Qüvvələrinin Beyrutun mərkəzinə endirdiyi zərbə nəticəsində azı 4 nəfər ölüb.

APA xəbər verir ki, bu barədə Livanın Səhiyyə Nazirliyi məlumat yayıb.

“İsrailin Beyrutun sıx məskunlaşmış Zukak əl-Blat və Bosta rayonlarına hücumu zamanı 4 nəfər həlak olub, daha 7 nəfər yaralanıb”, – deyə məlumatda vurğulanır.

Qeyd olunub ki, hadisə yerində xilasetmə qrupları fəaliyyət göstərir, ölənlərin və yaralananların sayının artacağı istisna edilmir.