• 8 °C
|

İsrailin hava zərbələri nəticəsində “Hizbullah”ın 6 üzvü ölüb – YENİLƏNİB

21 Fevral 2026
img

İsrail Hərbi Hava Qüvvələrinə məxsus qırıcılar Livanın şərqində “Hizbullah”a aid hərbi obyektlərə zərbələr endirib.

APA xəbər verir ki, bu barədə “Lebanon 24” portalı mənbələrə istinadən məlumat yayıb.

Nəticədə təşkilatın altı üzvü ölüb, daha 23 nəfər yaralanıb.

***
23:31

İsrail Müdafiə Ordusu Livanın şərqində, Baalbek rayonunda “Hizbullah” təşkilatının silahlı qanadına məxsus komanda mərkəzinə zərbələr endirib.

APA xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.

“İsrail Müdafiə Ordusu Livanın Baalbek rayonunda "Hizbullah"ın İsrail ordusuna və İsrail Dövlətinə qarşı hücumlar hazırlamaq üçün istifadə etdiyi komanda mərkəzinə zərbələr endirib. Komanda mərkəzində terrorçuların fəaliyyəti İsrail ilə Livan arasında atəşkəs razılaşmalarının pozulması və İsrailə təhdid təşkil edir”, – deyə açıqlamada deyilir.