• 13 °C
|

İsrailin Livana endirdiyi zərbələr nəticəsində ölənlərin sayı 1461 nəfərə çatıb

6 Aprel 2026
img

2 martdan bəri İsrailin Livana endirdiyi zərbələr nəticəsində ölənlərin sayı 1461 nəfərə çatıb.

APA xəbər verir ki, bu barədə Livanın Səhiyyə Nazirliyinin hesabatında bildirilir.

Məlumatda o cümlədən aviazərbələr nəticəsində 4430 nəfərin də yaralandığı bildirilir.

Ölənlərin 129-u uşaq, 97-si isə qadındır. Aviazərbələr nəticəsində 54 səhiyyə işçisi həlak olub, 145 səhiyyə işçisi isə yaralanıb.