• 21 °C
|

İsrailin Livana hücumları nəticəsində ölənlərin sayı 3185-ə çatıb

26 May 2026
img

Son 24 saat ərzində ölkənin cənub və şərq bölgələrində İsrailin hava hücumları zamanı azı 34 livanlı həlak olub, daha 62 nəfər yaralanıb və xəstəxanalara yerləşdirilib.

APA xəbər verir ki, bu barədə Livanın Səhiyyə Nazirliyi məlumat yayıb.

"Martın 2-də hərbi eskalasiya başlayandan bəri həlak olan mülki şəxslərin ümumi sayı 3185-ə çatıb, 9633 nəfər yaralanıb", – nazirliyin açıqlamasında deyilir.