• 11 °C
|

İsrailin Livana zərbələri nəticəsində axı 20 nəfər həlak olub

21 Mart 2026
img

İsrailin Livan ərazisinə hava hücumları nəticəsində bir gündə azı 20 nəfər həlak olub, 57 nəfər yaralanıb.

APA xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi “X” hesabında paylaşdırğı hesabatda məlumat verib.

"Hərbi eskalasiyanın başlanğıcından bəri itkilərin ümumi sayı 1001-dən 1021-ə, yaralıların sayı isə 2584-dən 2641-ə yüksəlib", – məlumatda deyilir.

Daxili İşlər Nazirliyinin məlumatına görə, son 20 gündə ölkədə məcburi köçkünlərin sayı 1049328-ə çatıb.