• 14 °C
|

İsrailin maliyyə naziri Bezalel Smotriç istefa verib

1 Aprel 2025
img

İsrailin maliyyə naziri Bezalel Smotriç hökumətdəki vəzifəsindən istefa verib.

APA xəbər verir ki, bu barədə rəsminin mətbuat katibi martın 31-də məlumat verib.

“The Jerusalem Post”un yaxdığına görə o, ölkənin hazırkı milli təhlükəsizlik naziri İtamar Ben-Qvirin mövqeyinə etiraz olaraq belə bir qərar qəbul edib.

Smotriçin Knessetdəki yerini onun üzvü olduğu “Milli Dini Partiya – Dini Sionizm”in başqa bir üzvünün tutacağı bildirilir.