• 17 °C
|

İsrailin Yəməndəki sement zavoduna hücumu nəticəsində iki nəfər ölüb, 42 nəfər yaralanıb – YENİLƏNİB

6 May 2025
img

İsrail Ordusunun Yəmənin Hodeyda vilayətindəki sement zavoduna endirdiyi hava zərbələri nəticəsində iki nəfər həlak olub, daha 42 nəfər yaralanıb.

APA xəbər verir ki, bu barədə “Al Masirah” telekanalı məlumat yayıb.

***
22:57

Yəmənin Hodeyda vilayətində sement zavoduna endirilən hava zərbələri nəticəsində azı 21 nəfər xəsarət alıb.

APA xəbər verir ki, bu barədə “SABA” agentliyi məlumat yayıb.

“İlkin məlumatlara görə, ABŞ və İsrailin “Badjil” sement zavoduna endirdiyi hava zərbələri nəticəsində 21 mülki şəxs xəsarət alıb”, – agentlik qeyd edib.