• 17 °C
|

İstanbul Qəzzada atəşkəslə bağlı danışıqlara ev sahibliyi edəcək

31 Oktyabr 2025
img

Noyabrın 3-də İstanbulda Qəzza ilə əlaqədar olaraq bir sıra ölkəlırin xarici işlər nazirlərinin görüşü keçiriləcək.

APA Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Hakan Fidan estoniyalı həmkarı Marqus Tsaxna ilə birgə mətbuat konfransında deyib.

“(Qəzzaya dair) İstədiyimiz miqdarda humanitar yardımların daxil olmasına hələ də İsrail tərəfindən maneələr qoyulur. (Qəzzədəki atəşkəs haqqında) Mövcud mərhələni qiymətləndirmək və növbəti mərhələdə birgə nə edə biləcəyimizi müzakirə etmək üçün Nyu-Yorkda cənab Tramp ilə görüşən ölkələrin xarici işlər nazirləri ilə bazar ertəsi günü İstanbulda bir toplantı keçirəcəyik”, – Hakan Fidan bəyan edib.