• 17 °C
|

İstanbul yaxınlığında 3,7 bal gücündə zəlzələ baş verib

26 Oktyabr 2025
img

Qara dənizdə, İstanbul yaxınlığında 3,7 maqnitudalı zəlzələ qeydə alınıb.

APA xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Edilməsi Agentliyi (AFAD) məlumat yayıb.

Məlumata görə, zəlzələnin episentri İstanbulun şimal-qərbində, sahildən təxminən 16 kilometr aralıda və 13 kilometr dərinlikdə yerləşib.

Kandilli seysmologiya mərkəzinin məlumatına əsasən, yeraltı təkanın maqnitudası 3,9 bal olaraq ölçülüb.