• 29 °C
|

Kahramanmaraş valisi: Azərbaycan zəlzələdən sonra biganə qalmadı, ortaq layihə təklif etdi

4 Fevral 2025
img

Kahramanmaraşda Azərbaycana qarşı xüsusi sevgi var. Azərbaycan dövləti, qardaşlarımız zəlzələdən sonra da biganə qalmadı, burada ortaq layihənin həyata keçirilməsini təklif etdilər.

APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, bu barədə Kahramanmaraş valisi Mükerrem Ünlüer jurnalistlərə açıqlamasında bildirib.

O qeyd edib ki, ortaq layihənin 105 milyon dollarlıq qismini Azərbaycan dövləti qarşılayıb: “Burada sadəcə evlər deyil, məktəb, mədəniyət mərkəzi və digər sosial obeyktlərlə birlikdə bir yaşayış məntəqəsi salınır”.