• 25 °C
|

Katz: İsrail Livan, Suriya və Qəzzadakı təhlükəsizlik zonalarından çəkilməyəcək

12 İyun 2026
img

İsrail Livan, Suriya və Qəzzada təhlükəsizlik zonalarından geri çəkilməyəcək.

APA xəbər verir ki, bunu İsrailin müdafiə naziri İsrael Katz “X” hesabında yazıb.

O bildirib ki, İsrail ABŞ-la birlikdə İrana sarsıdıcı zərbələr endirərək, Tehranın hərbi potensialını illərlə geriyə atıb.

Katz İsrailin gələcəkdə İrana qarşı müstəqil hərəkət etmək azadlığının əldə saxlanılmasının əhəmiyyətini vurğulayıb. O, bununla bağlı orduya hazır olmaq üçün təlimatlar verildiyini deyib.

Müdafiə nazirinin sözlərinə görə, İsrail İran tərəfindən idarə olunan “şiə oxu”, eləcə də “Müsəlman qardaşları” tərəfindən idarə olunan “sünni oxu”na qarşı mübarizəyə xələl gəlməməsini təmin edən və ölkənin nailiyyətlərinə ziyan verən məsələlərin qarşısını alacaq təhlükəsizlik siyasəti yürütməkdə qətiyyətlidir.