• 17 °C
|

Kim Çen In yenidən KXDR-in Dövlət İşləri Şurasının sədri seçilib

23 Mart 2026
img

Şimali Koreya lideri Kim Çen In yenidən Dövlət İşləri Şurasının sədri seçilib.

APA xəbər verir ki, bu barədə Koreya Mərkəzi Xəbər Agentliyi məlumat yayıb.

Məlumata görə 15-ci çağırış Ali Xalq Məclisi ilk iclasında Kim Çen Inı yenidən Dövlət İşləri Şurasının sədri seçib.

Kim Çen In 2011-ci ildən KXDR lideridir. 2016-cı ildən bəri dövlət siyasəti məsələləri ilə məşğul olan ən yüksək dövlət orqanı olan Dövlət İşləri Şurasına rəhbərlik edir.

2019-cu ildə konstitusiya dəyişikliklərindən sonra o, rəsmi olaraq dövlət başçısı və Koreya Xalq Ordusunun ali baş komandanı təyin edilib.