• 10 °C
|

KİV: Hindistan ay ərzində İranla əlaqəli üç tankeri saxlayıb

16 Fevral 2026
img

Bu ay Hindistan ABŞ-ın sanksiyalarına məruz qalmış İranla bağlı 3 tankeri saxlayıb.

APA xəbər verir ki, bu barədə məlumatlı anonim mənbə “Reuters”ə danışıb.

“Hindistan öz ərazi sularında gəmidən-gəmiyə daşımaların həyata keçirilməsinin qarşısını almağa çalışır və beləliklə, neft karqosunun mənbəyini gizlədən fəaliyyətlərin həyata keçirilməsinə mane olmağı hədəfləyir”,- mənbə qeyd edib.

Əlavə edilib ki, Hindistan qeyri-qanuni ticarətlə mübarizə məqsədilə ərazi sularında nəzarəti gücləndirib.