• 26 °C
|

KİV: İran ABŞ ilə yekun saziş üzrə danışıqları dayandırdığını açıqlayıb

8 İyul 2026
img

Tehran ABŞ tərəfindən səsləndirilən təhdidlər fonunda Vaşinqtonla yekun saziş üzrə danışıqları dayandırıb.

APA xəbər verir ki, bu barədə yüksək vəzifəli İran rəsmisi “TASS” agentliyinə bildirib.

"Məhz ABŞ Prezidenti Donald Tramp tərəfindən İran xalqına qarşı səsləndirilən birbaşa təhdidlər və Vaşinqtonun üzərinə götürdüyü öhdəlikləri dəfələrlə pozması səbəbindən İran ABŞ ilə yekun sazişin bağlanmasına dair danışıqları dayandırıb", – mənbə bildirib.

Onun sözlərinə görə, ABŞ-ın İrana qarşı istənilən hərbi təcavüzü əvvəlkindən daha genişmiqyaslı və qətiyyətli cavabla qarşılanacaq.

"ABŞ üzərinə götürdüyü öhdəlikləri pozmaqda davam edərək İranın cənub adalarına hücum edib. İslamabad Anlaşma Memorandumunun kobud şəkildə pozulması hesab etdiyimiz bu təcavüzə cavab olaraq İran regiondakı ABŞ mövqelərinə genişmiqyaslı zərbələr endirib. İran xəbərdarlıq edib ki, ABŞ-ın istənilən növbəti hərbi addımı əvvəlkindən daha qətiyyətli, daha genişmiqyaslı və daha sərt cavabla qarşılanacaq", – iranlı mənbə vurğulayıb.